HƏMAS: Əsirlərin təcavüzə məruz qaldığını iddia etməkdə məqsəd müqavimətin onlara qarşı yaxşı davranışını unutdurmaqdır

Tehran - İRNA - HƏMAS bəyanat yayaraq bəzi qərb medialarının müqavimət qüvvələrinin israilli əsirlərə təcavüz etdiyinə dair iddiaları, müqavimət qüvvələrinin israilli əsirlərlə əxlaqi davranışları ilə əlaqədar geniş yayılan xəbərlərin ardından Fələstin müqavimətinin simasını ləkələmək istiqamətində atılan addım adlandırıb.

İRNA-nın Fələstin mətbuatına istinadən verdiyi məlumata görə, HƏMAS-ın bəyanatında bildirilir: “Müqavimətin simasını ləkələmək məqsədilə onları 7 oktyabr Əl-Əqsa Tufanı əməliyyatında götürülən əsirlərə təcavüz etməkdə ittiham edən bəzi qərb mediasının iddialarını, onların yalan və əsassız iddialar yaymaq sahəsində sionistlərin təhrifedici təbliğatlarının ardınca getmələrini qətiyyətlə pisləyirik və bu iddiaları rədd edirik.”

HƏMAS-ın bəyanatında əlavə olunur: “Bu azdırıcı xəbərlər sionist yalan aparatının yaydığı çoxsaylı yalanların bir hissəsidir. Onların yalanı, xüsusən də uşaqların başını kəsmək iddiası və həmçinin Rayim qəsəbəsindəki konsertdə iştirak edənləri hədəf almaq, həmçinin Əş-Şifa xəstəxanasından hərbi məqsədlər üçün istifadə kontekstində iddiası hər kəsə aydın oldu.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .